Ermənistanın Müdafiə Nazirliyi itkilərin olmadığını deyir, bu məlumatları “dezinformasiya” adlandırır.
***
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, iyulun 13-də Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu darmadağın edilib.
Ermənistan tərəf bu haqda hələlik heç bir məlumat yaymayıb.
Ermənistanın baş naziri Nikol Pashinian isə Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən danışarkən deyib ki, Azərbaycan tərəfinin törətdiyi heç bir təxribat cavabsız qalmayacaq, bölgədə sabitliyin pozulmasına görə məsuliyyət Azərbaycanın üzərinə düşür.
İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində atəşkəs pozulub. Azərbaycan tərəf 4 hərbçinin ölməsi, 4-nün yaralanması haqda məlumat yayıb.
Müdafiə Nazirliyi eyni zamanda qarşı tərəfin itki verdiyini bəyan etsə də, Ermənistan Müdafiə Nazirliyi itki olmadığını, atəşkəsi Azərbaycan Silahlı Qüvvələrinin pozduğunu bildirir.