Məşhur heykəltəraş Ernst Neizvestnı vəfat etdi

Ernst Neizvestny sovet lideri Nikita Xruşşovun büstü ilə

-

Rusiya mediası yazır ki, avqustun 9-da –səhərin alatoranında məşhur heikəltəraş Ernst Neizvestnı həyatını itirib.

Bu xəbəri mediaya onun həmkarı Ceff Plyumes açıqlayıb. Sənətkar Nyu-Yorkun “Stony Bruk” xəstəxanasında keçinib.

Ernst Neizvestnı 1925-ci il aprelin 9-da Yekaterinburqda doğulub. 1943-cü ildə könüllü olaraq cəbhəyə yollanıb və 2 il sonra – 1945-ci ilin aprelində ağır yaralanıb. Kiçik leytenant rütbəli Ernstə Qırmızı Ulduz ordeni verilib.

O, 1946-47-ci illərdə Riqadakı Rəssamlıq Akademiyasında oxuyub, 1954-cü ildəsə Surikov adına Moskva Bədii Sənətlər İnstitutunu bitirib. Bir il sonra Naməlum Ernst SSRİ Rəssamlar İttifaqının üzvü seçilib, amma səs-küylü bir olaydan – sovet rəhbəri Nikita Xruşşov onun fərdi sərgisini bəyənməyəndən sonra İttifaq üzvlüyündən çıxarılıb.

O, 1976-cı ildə İsveçrəyə mühacirət edib, daha bir sonra isə ABŞ-da yaşamağa başlayıb.

Ondan yadigar qalan abidələr sırasında mavzoleydən çıxarılan Stalinin və daha sonra onu öz nifrətiylə məşhurlaşdıran Xruşşovun qəbirüstü heykəllərinin adını çəkmək olar.

Heykəltəraşın yaxın dostu Oleg Sulkin də facebook-da ölüm xəbərini təsdiqləyib: "Ernst Neizvestnı öldü. Göz yaşları boğduğundan heç nə deyə bilmirəm. Sarsılmışam. Üzülmüşəm. Rus mədəniyyətindən, bu qeyri-adi insanı tanıyanların hamısından ötrü böyük itkidir”.

Sənətkarın vətənində, yoxsa ABŞ-da dəfn olunacağına qohumları qərar verəcəklər.

Rusiya - Moskvada "Həyat ağacı" abidəsi. Müəllif: E.Neizvestnı

Maqadan - Abidənin müəllifi Ernst Neizvestnı