Ötən il dünyada 220-dən çox ətraf mühit fəalı öldürülüb

İspaniyada meşə yanğını

Rekord hücumlar Kolumbiyada baş verib, 2020-ci ildə 65 fəal qətlə yetirilib

“Global Witness” təşkilatı ötən il dünyada 227 torpaq və ətraf mühit fəalının öldürüldüyünü bildirir. Bu, həftəyə ortalama dörd nəfərdən çox ölüm deməkdir.

Rekord hücumlar Kolumbiyada baş verib, 2020-ci ildə 65 fəal qətlə yetirilib. Onlardan üçdə biri yerli və Afrika mənşəli adamlardır, yarısı isə kiçik fermerlərə qarşı çıxırdı.

2020-ci ildə yerli icmalara hücumlar davam edir, ümumi hücumların üçdə biri məhz yerli əhalini hədəfə alıb. Oxşar hücumlar Meksikada, Mərkəzi və Cənubi Amerikada, Filippində, Səudiyyə Ərəbistanı və İndoneziyada qeydə alınıb.

Nikaraquada 2019-cu ildə 5 ətraf mühiti fəalı öldürülmüşdü, ötən il bu rəqəm 12-yə qalxıb.

Fəalların əsasən spesifik ekosistemlərin müdafiəsinə görə hədəfə alındığı bildirilir. Onlardan 70 faizi meşələri səhralaşmadan, sənaye inkişafından qorumağa çalışıb. Qalanları isə çayların, dəniz sahilləri və okeanların mühafizəsi işinə görə qətlə yetirilib.

Afrikada 2019-cu ildə 7, 2020-ci ildə isə 18 qətl qeydə alınıb.