Senator: Rusiyanın FaceApp əlavəsi ABŞ-ın milli təhlükəsizliyinə əngəl ola bilər

FaceApp əlavəsi, 17 iyul, 2019

“Rusiyanın yaratdığı FaceApp foto-əlavəsi ABŞ-ın milli təhlükəsizliyi və istifadəçilərin şəxsi məlumatları üçün əngəl ola bilər”.

Bunu ABŞ Senatındakı demokratların lideri Cak Şumer deyib.

Rusiyanın Wireless Lab şirkətinin hazırladığı bu foto-əlavə neyron texnologiya vasitısi ilə fotonu redaktə etməklə insanın görüntüsünü qocalda bilir, onun saç düzümünü, cinsini və yaşını dəyişə bilir.

Senator Federal Təhqiqt Bürosundan bu əlavənin yoxlanmasını xahiş edib.

O qeyd edib ki, istifadəçilər öz fotolarına“tam və hərtərəfli” çıxış imkanı verir ki, bu məlumatlardan gələcəkdə istifadəçilərin razılığı olmadan da istifadə oluna bilər.

Rusiya şirkətindən isə bildiriblər ki, həmin fotoların əksəriyyəti 48 saat ərzində serverdən silinir və istifadəçilərin məlumatları kənar şəxslər və təşkilatlara verilmir.

FaceApp əlavəsi 2017-ci ildə yaradılıb.