Bu gün, mayın 9-u SSRİ və müttəfiq dövlətlərin faşist Almaniyası üzərində qələbəsinin 75 illiyi qeyd edilir. Əksər Avropa ölkələrindən fərqli olraq keçmiş SSRİ məkanında bu qələbə mayın 8-i yox 9-da xstırlanır.
Hitler Almaniyasının hərbi rəhbərliyi 75 il öncə təslim olmaq haqqında saziş imzalayıb.
1939-cu ildə faşist Almaniyasının Polşanı işğal etməsi ilə İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu Sovet Sosialist Respublikaları İttifaqına (SSRİ) hücum edib. Bu müharibə 1945-ci il mayın 8-də başa çatıb. İkinci Dünya müharibəsi isə tam olaraq həmin ilin sentyabrında yekunlaşıb.
Müharibə nəticəsində 60 milyona yaxın insanın həlak olduğu bildirilir.
1941-1945-ci illərdə Azərbaycanın 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısının döyüşlərdə həlak olduğu açıqlanıb.
Azərbaycan tarixçilərinin bildirdiklərinə görə, həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft göndərib, benzin və sürtgü yağlarına olan tələbatın 75-90 faizini ödəyib.
Mayın 9-u Azərbaycanda da Qələbə Günü kimi qeyd olunur və rəsmi iş günü deyil.
Prezident Həzi Aslanovun abidəsin ziyarət edib
Azərbaycan Prezident İlham Əliyev mayın 9-da iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına almış Həzi Aslanovun Bakıdakı məzarını ziyarət edərək, onun abidəsi önünə gül dəstəsi qoyub. O, müharibədə həlak olanların xatirəsini ehtiramla anıb.
İkinci Dünya müharibəsində Azərbaycan SSR-dən iştirak edən şəxslərdən 123-ü Sovet İttifaqı Qəhrəmanı adını alıb.Onlardan biri də iki qat Sovet İttifaqı Qəhrəmanı, general-mayor, 35-ci tank briqada qvardiyasının komandiri H. Aslanov olub.