Finlandiya hökuməti Dövlət Şurasının iclasında Rusiya ilə 2012-ci ildə bağlanmış sərhədyanı əməkdaşlıq müqaviləsini dayandırıb.
Bu təşəbbüslə Moskva çıxış etmiş, hələ oktyabrın sonunda bu barədə Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərmişdi.
Xəbər verilir ki, sərhədyanı əməkdaşlığa dair müqavilə 2024-cü ilin 24 yanvarından qüvvədən düşmüş hesab olunacaq.
Son 12 ildə qüvvədə olan bu sənəd Rusiya və Finlandiyanın sərhədyanı regionları birgə inkişaf etdirməsini nəzərdə tuturdu.
Bu arada Estoniya öz vətəndaşlarına Rusiyaya “istənilən səfərlərin” arzuolunmaz olduğunu elan edib.
Tallinn bildirir ki, ölkəyə mümkün qanunsuz miqrant axını təhlükəsi ilə əlaqədar Rusiya ilə sərhəd müvəqqəti olaraq tam bağlana bilər.
Buna da bax: ABŞ-ın illik hesabatında İran ‘qlobal terrorun aparıcı sponsoru’ olaraq qalırYalnız dəniz və hava limanları
Finlandiyanın baş naziri Petteri Orpo bundan əvvəl bəyan etmişdi ki, dekabrın 13-dək Rusiya ilə bütün sərhəd keçidləri sığınacaq istəyənlər üçün bağlanacaq.
Baş nazir deyib ki, sığınacaq üçün bütün ərizələr ölkənin yalnız hava və dəniz limanlarında qəbul olunacaq.
Bu da bildirilirdi ki, bütün qalan adamlar üçün Rusiya ilə sərhəddəki bir keçid – Murmanskın 240 kilometrliyində olan Raya-Yooseppi keçidi açıq qalacaq.
Bütün qalan keçidlərin ən azı dekabrın 23-dək bağlı olacağı bildirilir.
Finlandiya ölkəyə qanunsuz miqrant axınını önləmək üçün bütün keçid məntəqələrində ikiqat hasar qurub.
Buna da bax: Sərhəd görüşündə reqlament razılaşdırılıbBelarus ssenarisi
Finlandiyanın xarici işlər naziri deyib ki, zərurət olarsa Rusiya ilə sərhəddə bütün keçidlər bağlanacaq.
Finlandiya XİN-in məlumatına görə noyabrın əvvəllərindən bəri ölkəyə Rusiya sərhədindən keçərək sığınacaq istəyən 500 miqrant gəlib.
Qeyd olunur ki, bunların arasında Suriya, Yəmən, İraq, Somali və başqa ölkələrdən olan miqrantlar var. Rusiya sərhədçiləri heç bir müvafiq sənədləri olmasa da bu şəxsləri Finlandiya keçidlərinə buraxırlar.
Finlandiya Rusiyanın ölkəyə miqrant axınına təhrik edəcəyindən ehtiyatlanaraq sərhəd boyunca müdafiə hasarının tikintisinə başlayıb.
Buna bənzər miqrant böhranı artıq bir dəfə, 2021-ci ildə Belarus-Polşa sərhədində baş verib.
O vaxt Minsk bilərəkdən Afrika və Yaxın Şərqdən olan minlərlə miqrantı Polşa sərhədinə yığırdı.