Finlandiya hökuməti Rusiya ilə sərhəd keçidlərinin işini məhdudlaşdıran əlavə tədbirləri həyata keçirə bilər.
Bu da qeyd olunur ki, bəzi sərhəd keçidlərinin tamamilə bağlanması da mümkündür.
Xəbərdə deyilir ki, bu, son günlərdə sərhədin Rusiya tərəfindən Finlandiya keçidlərinə üçüncü ölkələrin vətəndaşlarının gəlişi və sığınacaq istəməsi hallarının artması ilə bağlıdır.
Helsinkidə bunun təsadüfən baş vermədiyini düşünürlər.
Bundan əvvəl Finlandiya hakimiyyət orqanları Rusiya sərhəd keçidlərində bəzi məhdudlaşdırıcı tədbirlərin tətbiqinə başlayıblar. Belə ki, sərhədin velosipedlə keçilməsinə qadağan qoyulub.
Buna baxmayaraq müvafiq sənədləri olmayan şəxslər Finlandiyanın cənub-şərqindəki sərhəd məntəqələrinə axışmaqda davam edirlər.
Buna da bax: Şengen vizasını internetdən almaq mümkün olacaqBaş nazir xəbərdarlıq edir
Finlandiyanın baş naziri Petteri Orpo bu vəziyyət barədə noyabrın 14-də parlamentdə çıxış edib.
O deyib ki, hökumətin əsas məqsədi sərhədlərin təhlükəsizliyinin təmin edilməsdir.
Baş nazir xəbərdarlıq edib ki, bu vəziyyətə ciddi yanaşmaq lazımdır.
Finlandiyanın daxili işlər naziri Mari Rantanen bundan əvvəl bildirmişdi ki, sərhədin keçilməsinin məhdudlaşdırılması üçün təkliflər hazırlayır.
Orponun sözlərinə görə hakimiyyət sərhəddən keçilməsini məhdudlaşdıra və hətta bəzi keçid məntəqələrini bağlaya bilər.
Baş nazirin fikrincə sığınacaq istəyənlər üçün bir konkret keçidin saxlanması kifayətdir.
Buna da bax: Avropa İttifaqının Rusiya almazına qadağan qoyacağı gözlənilirRusiya sərhədçiləri qanunsuz miqrantlara kömək edirlər
Finlandiya hakimiyyəti bildirir ki, Rusiya sərhədçiləri öz postlarından müvafiq sənədləri olmayan şəxsləri Finlandiya keçidlərinə buraxırlar.
Baş nazirin sözlərinə görə Rusiya sərhədçiləri sığınacaq istəyənlərin Finlandiya sərhədinə çatmasına hətta kömək edirlər. Rusiya hökuməti hələ ki, bu məsələyə dair münasibət bidirməyib.
Finlandiyaya sərhədinə sənədsiz yaxınlaşanların sayı avqust ayından artmağa başlayıb. Ümumilikdə yüzlərlə belə hal qeydə alınıb.
Bunlar Rusiya ərazisindən tranzit kimi itifadə edən və Finlandiyadan sığınacaq istəyən üçüncü ölkə vətəndaşlarıdır.
Buna da bax: Neft və qazdan gələn vergi azalırsa, başqa vergilər artırılacaq?Hətta Şengen vizası olanları da
Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlanandan bəri Finlandiya rusiyalıların ölkəyə girişinin şərtlərini sərtləşdirib.
Belə ki, hətta Şengen vizası olan rusiyalıları da Finlandiyaya buraxmır, Avropa İttifaqında yaşamaq hüququ verən sənədin və ya hər hansı Aİ ölkəsi pasportunun təqdim olunmasını tələb edirlər.
Finlandiya Rusiya nömrə nişanı olan avtomobillərin Finlandiyaya girişini qadağan edib.
Avropa Komissiyası bildirir ki, Rusiya avtomobillərinin sərhəddən buraxılması sanksiya rejiminin pozulması kimi qiymətləndirilməlidir.
Buna baxmayaraq Rusiyanın Sankt Peterburq şəhəri və Helsinki hava limanı arasında hərəkət edən avtobus marşrutlarının fəaliyyəti davam edir.