ABŞ-ın Minnesota əyalətində cümə günü keçirilən məhkəmə prosesində keçmiş polis məmuru Derek Şovin qaradərili Corc Floyd-un qətlinə görə 22,5 il azadlıqdan məhrum edilib.
Ötən ilin mayında Floydun ölümü irqi haqsızlığın simvoluna çevrilib və ABŞ-ın yüzlərlə şəhərində kütləvi etirazlara səbəb olub. Bu hadisələr ölkədəki ictimai-siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir edib.
Buna da bax: Qaradərilinin ölümünə görə polis həbs olundu (VIDEO)Məhkəmə Şovin'i üç fərqli maddədə üzrə adam öldürməkdə günahkar bilib.
Hakim Peter Cahill, qərarını 22 səhifəlik bir sənədlə əsaslandırıb. Hakim deyib ki, o ən ağır cəza tələb edən emosiyalı tələblərə deyil, qanunlara istinad edib. Bununla yanaşı Floydun ailə üzvlərinin "ağrısını hiss etdiyini" vurğulayıb.
Dövlət ittihamçısı keçmiş polis əməkdaşının 30 il azadlıqdan məhrum edilməsini istəyib.
Şovin hökm oxunmazdan əvvəl Floydun ailəsinə başsağlığı verib, amma günahını etiraf etməyib.
Floyd ailəsinin nümayəndələri Corc Floyd-un öldürülməsi kimi cinayətlərin törədilməsinə son qoyulacağı təqdirdə həqiqi ədalətin hökm sürəcəyini qeyd etdilər.
ABŞ prezidenti Co Bayden cəzanın adekvat olduğunu bildirib.
Corc Floyd 2020-ci il mayın 25-i axşamı polis tərəfindən nəzarətə alındıqdan sonra aparıldığı Minneapolis xəstəxanasında öldü. Həbs zamanı Floyd artıq nəfəs ala bilməməsini onu tutan polisə deməsinə baxmayaraq polis Derek Şovin 9 dəqiqədən çox dizini Floydun boynuna basıb. Polisin hərəkətlərinə şahid olan yoldan keçənlər Floydun həbsini telefonlarında lentə aldılar.
Video görüntülər istintaqda həlledici sübut rolunu oynayıb. Prokurorluq tərəfindən mütəxəssis olaraq dəvət olunan tibb işçiləri Floydun boğulmadan öldüyünü söyləyiblər. Şovin öz günahını etiraf etməyib, onun vəkilləri isə israrla ölümlə polisin hərəkətləri arasındakı əlaqənin sübut edilmədiyini deyiblər.