Norveç dünyada ilk dəfə olaraq FM-dən imtina etdi

İllüstrasiya

Norveçin Milli Radio Şirkəti tam olaraq rəqəmsal yayıma keçib.

Rəqəmsal yayım ölkənin şimal rayonları və Arktikadakı Svalbard arxipelaqını tam əhatə edir.

Hələ ki yalnız əyalətlərdəki radiostansiyalar FM-dən istifadə etməkdə davam edir.

Rəqəmsal yayım dinləyicilər üçün səsin yüksək keyfiyyətini təmin edir.

Bundan başqa daha çox radioya qulaq asmaq imkanı, seçim imkanının artması deməkdir.

Üstəlik yayımın öz qiyməti də FM-dən 8 dəfə ucuz başa gələcək.

Norveç rəqəmsal yayıma keçidə bu ilin yanvarından başlamış, bu prosesi tədricən həyata keçirməyə qərar vermişdi.

İsveçrə, Böyük Britaniya və Danimarkanın də rəqəmsal yayıma keçəcəyi gözlənir.

Buna da bax: Diş müalicəsində inqilabi dəyişiklik