Papa Francis Balitik ölkələrində səfərdədir

Papa Francis və Litva prezidenti Dalia Grybauskaite

Roma papası Francis sentyabrın 22-də Balitik ölkələrinə 4 günlük səfərə çıxıb.

O,səfərini Litvadan başlayıb.

Papanın Vilnüsdə,prezident sarayı qarşısında çıxışı olub, sonra isə ölkə başçısı Dalia Grybauskaite ilə görüşüb.

Bu barədə AzadlıqRadiosu AFP-ə istinadla xəbər verir.

Bundan sonra onun ölkənin dini xadimləri və gənclərə görüşü, habelə nasist Almaniyası və Sovet işğalı qurbanlarına həsr edilmiş muzeyə baş çəkməsi planlaşdırılıb.

Papa bundan əvvəl bəyan edib ki, onun Litva, Latviya və Estoniyaya səfəri bu ölkələrin müstəqilliyinin 100 illiyinə təsadüf edir.

Papa Litvada çıxışında deyib ki, azadlığı daima qorumalı və qiymətli miras kimi yeni nəsillərə ötürmək lazımdır.