Fransa polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

Paris, 21 sentyabr 2019

Fransa polisi Parisdə etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bu barədə Reuters məlumat verir. Məlumatlara görə, Yeliseyə yaxın rayonlarda 130-dan çox etirazçı saxlanılıb. Etirazçılarla polis arasında qarşıdurmalar olduğu, bəzi yerlərdə o qədər də böyük olmayan barikadaların qurulduğu və yandırıldığı barədə məlumatlar da var.

Etirazlər ərəfəsində 7500 polisin mühafizəyə cəlb olunduğu bildirilir. .

"Sarı jilietlilər" lə yanaşı Parisdə "Qara blok " anarxistlər hərəkatı ətraf mühitin mühafizəsi və bundan başqa pensiya islahatlarının əleyhdarlarına qarşı aksiya keçirənlər də var.

"Sarı jiletlilərin" təşkil etdiyi çoxminllik aksiyalar 2018-ci ilin noyabrın ortalarında başlayıb. Belə bir aksiya ölkə səlahiyyətlilərinin avtomobil yanacağının bahalaşmasına səbəb ola biləcək vergi tətbiq etmək niyyəti səbəbindən başlayıb. Etirazçıların əsas tələblərindən biri minimum əmək haqqının artırılması idi.

Hökumət yanacaq vergisinin artırılmasına moratoriumu təsdiqlədikdən sonradan etirazçılar ümumiyyətlə hökumətin və prezident Emmanuel Makronın islahatlarına etirazlarını bildirdilər.

Bir müddət sonra Makron minimum əmək haqqını 100 avro artıracağına, iş vaxtı vergiləri ləğv edəcəyinə və yoxsulların vəziyyətinin yüngülləşdirilməsi üçün bir sıra tədbirlər görəcəyinə söz verib. Bu vədlərdən sonra iştirakçıların sayı xeyli azalsa da, etirazlar dayandırılmayıb.

После того как правительство страны утвердило мораторий на повышение топливных налогов, митингующие стали протестовать в целом против реформ правительства и президента Эммануэля Макрона. Макрон пообещал поднять минимальную зарплату на 100 евро, отменить налоги на сверхурочную работу и принять еще ряд мер для облегчения положения малоимущих. Протесты не прекратились, хотя число участников значительно снизилось.