Macron Türkiyənin Suriyadakı əməliyyatlarından narahatdır

Emmanuel Macron (sağda) və Donald Trump, Fransa , 26 avqust 2019

Fransa prezidenti Macron, Türkiyəninin Suriyadakı hücumlarından narahatlığını ifadə edib.

Emmanuel Makron hesab edir ki, Türkiyənin Suriyadakı hərbi əməliyyatları İslam Dövlətinin fəaliyyətinin yenidən canlanmasına səbəb ola bilər.

Fransa prezident ofisinin oktyabrın 12-də yaydığı məlumatda deyilir ki, Macron bu sözləri ABŞ prezidenti Donald Trumpla telefon danışığında bildirib.

Makron "hər şeydən əvvəl bölgədəki İsmal Dövlətinin yenidən canlanmasının qarşısını almaq" və ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın Suriya və İraq ərazilərini İŞİD ekstremistlərindən geri almağa kömək edən kürd qüvvələrini dəstəkləməyin vacibliyini vurğulayıb.

Hərbi əməliyyatların 4-cü günündə Türkiyənin rəsmi xəbər agentliyi xəbər verir ki, Türkiyənin dəstəklədiyi Suriya müxalif qüvvələri Suriyanın şimal-şərqində, Türkiyə sərhəddindən 30 kilometr cənubda bir strateji magistral yola çatıblar.

Türkiyə Suriyadakı Kürd hərakat qrupu adlandırılan -YPG-nı terrorçu qrup hesab etdiyindən həmin birləşmələri öz sərhəddindən uzaqlaşdırmaq niyyətində olduğunu bəyan edib və hərbi əməliyyatlara başlayıb.

Oktyabrın 11-də etdiyi çıxışı zamanı prezident Ərdoğan deyib ki, YPG 32 kilometr dərinlik altında çəkilməyincə Türkiyə dayanmayacaq.

Buna da bax: ABŞ Suriyada artan ölümlərlə bağlı Türkiyəyə xəbərdarlıq edir