Koronavirus epidemiyası ilə bağlı martın ortalarından aprelin 1-dək Fransada 6266 məhbus azadlığa buraxılıb. Bu barədə ölkənin ədliyyə nazirliyinə istinadla France-Presse agentliyinin məlumat yayıb.
Məlumatda qeyd edilir ki, martın 16-dək Fransadakı 188 həbsxanada 72575 məhbus olub.
Agentlik budan əvvəl də məhkumların vaxtından əvvəl sərbəst buraxılması üçün Ədliyyə Nazirliyinin kampaniya başladığını yazır və qeyd edir ki, koronavirus epidemiyası səbəbindən ölkənin ədliyyə sistemi işini tam həyata keçirə bilmədiyindən indi həbsxanalara yeni məhbusların göndərilməsi də azalıb.
Hələ martın 20-də Beynəlxlq Fransa radiosuna müsahibəsində ədliyyə naziri Nicole Bellube xəstəlikləri olan və cəzalarının sona çatmasına az qalan məhbusların azad olunması məsələsi üzərində çalışdıqlarını deyibmiş. Onun sözlərinə görə, bu tədbir "təcili sanitariya vəziyyəti" qanuna uyğun olaraq həyata keçirilir.
Məlumatda həmçinin qeyd olunur ki, bu günə qədər ölkə həbsxanalarında 48 məhkum koronavirusa yoluxub, 925 nəfərin təcrid olunub.
Həbsxana işçiləri arasında isə 114 yoluxma hadisəsi aşkar edilib, 931 nəfər isə ev karantininə göndərilib.
İnsan hüquqları təşkilatları, cəzasının bitməsinə 6 ay qalmış məhkumların sərbəst buraxılmasına çağırır.