Fransız jurnalist Olivier Bertrand Türkiyənin Qazientep şəhərində saxlanıb.
Les Jours adlı internet saytının müxbiri olan jurnalist Qazientepə bu şəhərdə baş verən son olaylar haqda reportaj hazırlamaq üçün gəlibmiş. Bertrand ilə birlikdə saxlanılmış türk fotoqrafsa bir neçə saat sonra buraxılıb.
Sərhədsiz Reportyorlar Təşkilatı Olivier Bertrandın saxlanmasının gözqorxutmaq məqsədi daşıdığını bildirib. Onun dərhal azad olunması tələb edib.