Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) həbsdə olan fəalı Fuad Əhmədli-nin səhhətində problemlər olduğu bildirilir.
Bu barədə AzadlıqRadiosuna Fuad Əhmədlinin atası Zəfər Əhmədli danışıb.
O vurğulayıb ki, dünən, avqustun 17-də Fuad Əhmədlinin həbsinin 3 ili tamam olub.
“ Fuad Əhmədli cəzasının çox hissəsini çəkdiyi üçün, qaunvericiliyə əsasən, onun buraxılması barədə müdafiə tərəfi vəsatət qaldırsa da, bu vəsatət yerinə yetirlmədi. Bu ona qarşı hakimiyyətin xüsusi münasibətinin göstəricisi idi”,atası qeyd edib.
Z.Əhmədli deyib ki, oğlunun ağ ciyərlərində problemlər var:
“ Qapalı məkanda olnda xəstəlik özünü daha aydın göstərir. Bu yaxınlarda apelyasiya məhkəməsində də bu problem qaldırldı, amma hakim buna diqqət yetirmədi və mərkəzi müalicə müəssisəsinə göndrəmədilər”
Z.Əhmədlinin bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa uygun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Yerli hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı siyahılarında Fuad Əhmədlinin də adı yer alır. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.
Xatırlatma
F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb
Atasl: “Fuad Əhmədlinin ağ ciyərlərində problem var”
. İttihama görə, o, operator işlədiyi “Azerfon” şirkətində (Nar Mobile) texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb.
AXCP üzvü Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib.
F.Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. Rəsmilər isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri düzgün saymırlar.