UEFA azərbaycanlı FİFA referisi Əliyar Ağayevi Avropa Liqası oyunlarına təyin edib.
Qurumun açıqladığı press-relizdə deyilir ki, Ə.Ağayev Türkiyədə "Konyaspor" - "Braqa" klubları arasındakı qrup oyununu idarə edəcək.
Buna da bax: Əli Kərimli: "Dövlətə 1 milyarda başa gələn stadionda..."
Ə.Ağayevə yan xətt hakimləri Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər.
Oyunun dördüncü hakimi isə Mübariz Haşımov olacaq.
Sözügedən oyun oktyabrın 20-də Konya şəhərində yerli vaxtla 20:00-da başlayacaq.