Dünya Kuboku: Bu tur avropalılar üçün qalibiyyətli oldu

Belçikalı Dries Mertens panamalı Jose Luis Rodriguez-lə top uğrunda mübarizədə

Rusiyada keçirilən dünya futbol çempionatının növbəti turunda İngiltərə yığmasının kapitanı Harry Kane vurduğu iki qolla ölkəsinə ilk qələbəni qazandırıb.

Tunis futbolçuları buna yalnız 11 metrlik cərimə zərbəsi ilə vurulmuş bir qolla cavab veriblər.

İyunun 18-də qazanılmış qələbə G qrupunda İngiltərə yığmasını birinci pilləyə qaldırıb. İngiltərə bu qrupda çıxış edən Belçika yığmasından yalnız qol fərqi ilə geridədir.

Belçika iyunun 18-də Panama komandasına 3-0 hesabı ilə qalib gəlib.

F qrupunda İsveç komandası Cənubi Koreya yığmasına 1-0 hesabı ilə qalib gəlib. Bu qolu 65-ci dəqiqədə Andreas Granqvist 11 metrlik cətimə zərbəsi ilə vurub.

Bu oyunda qazanılmış 3 xal İsveç yığmasını iyunun 16-da Almaniyaya 1-0 hesabı ilə qalib gəlmiş Meksika ilə birlikdə birinci pilləyə qaldırıb.

Cənubi Koreyalıların qapısına 11 metrlik cərimə zərbəsi Kim Min-woo Viktor Claesson-u cərimə meydançasında yıxdıqdan sonra verilib.

Hakim Joel Aguilar əvvəlcə isveçlilərin penalti tələbini rədd etmişdi, lakin vəziyyətin videotəkrarına baxdıqdan sonra qərarını dəyişib.

Bu çempionatda artıq üçüncü dəfədir ki, hakimlər yeni sistem olan videotəkrardan istifadə edirlər.