Ukraynanın gənclərdən ibarət futbol millisi dünya çempionu oldu

Ukraynanın U-20 futbol millisi qələbəni qeyd edir Polşa, 15 iyun, 2019

Ukraynanın gənclərdən ibarət futbol millisi dünya çempionu oldu.

Komanda iyunun 15-də final görüşündə Cənubi Koreya yığmasını 3:1 hesabı ilə məğlub edib.

Bu Ukraynanın futbol tarixində ən böyük uğurdur.

Prezident Vladimir Zelenski özünün Feysbuk səhifəsində ölkənin U-20 futbol yığmasını qələbə münasibətilə təbrik edib.

Hesabı 5-ci dəqiqədə penalti ilə Cənubi Koreya millis açsa da Ukrayna millisi birinci hissədə hesabı bərabərləşdirə bilib, İkinci hissədə isə komanda daha 2 dəfə fərqlənərək çempionatın qalibi olub.

Qollar: Lee, 5-pen (0:1), Supriaqa, 34 (1:1), 53 (2:1), Tsitasişvili, 89 (3:1)

Yarışda 3-cü yeri isə Ekvador millisi tutub.

Ekvador 3-cü yer uğrunda mübarizədə İtaliya millisini 1:0 hesabı ilə məğlub edib.