Avqustun 18-də Azərbaycanda Füzuli şəhərinə ilk köç başlayıb. Bakıdan ilk olaraq 23 ailənin (90 nəfər) Füzuli şəhərinə qayıdışının təşkil olunduğu açıqlanıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumata görə, ümumilikdə indiyə kimi Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 400-ə yaxın keçmiş məcburi köçkün ailəsi (2 minədək insan) daimi məskunlaşdırılıb.
Rəsmi məlumatda bildirilir ki, bu ilin sonunadək ümumilikdə 2 minə yaxın keçmiş məcburi köçkün ailəsinin (10 minədək insanın) işğaldan azad edilən ərazilərdə məskunlaşdırılması nəzərdə tutulub.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəsinə qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona (Füzuli rayonu daxil) nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, Azərbaycan tədricən işğaldan azad edilən ərazilərdə məskunlaşmaya başlayıb.