Paralimpiyaçılar 6 medal qazanıblar

arxiv foto

-

Milli Paralimpiya Komitəsinin yüngül atletika üzrə komandasının idmançıları Dubayda keçirilən 8-ci “FƏZZA” qran-pri turnirində 6 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, yarışlarda 4 qızıl, 1 gümüş, 1 bürünc medal əldə edilib. “Rio-2016” Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda Azərbaycanı 26 idmançı təmsil edir.

Martın 16-da başlayan bu yarışlar sabah başa çatacaq.