Dövlət Gömrük Komitəsi 2016-cı ildə nəzərdə tutulduğundan da artıq vergi və rüsum toplayıb.
Bu haqda komitənin mətbuat xidməti xəbər verir.
Xəbərə görə, baxmayaraq ki, 2016-cı ilin sonuna bir neçə gün qalıb, Dövlət Gömrük Komitəsi cari ildə nəzərdə tutulan 1 milyard 810,0 milyon manat illik büdcə proqnozuna artıqlaması ilə əməl edib.
Dekabrın 24-nə olan məlumata görə, gömrükçülər il ərzsində 2 milyard 229,66 milyon manat gömrük vergi və rüsumu toplayıblar. Bu büdcə proqnozuna 123,19 faiz əməl edilməsi deməkdir.
Ötən illə müqayisədə 637,8 milyon manat çoxdur.