Google 7.2, Facebook 1.9 milyard rubl cərimələndilər

Google-un loqosu

Rusiyada cərimə ilk dəfə olaraq gəlirə görə hesablanıb

Moskva məhkəməsi Rusiyada qadağan olunmuş informasiyanı silməkdən təkrarən imtina etdiyinə görə Meta (keçmiş Favebook) şirkətini 1.9 milyard rubl (26.5 milyon dollar) cərimə edib.

Interfax xəbər verir ki, məhkəmə cəriməni bu şirkətin Rusiya ərazisindəki illik gəlirinin məbləğindən çıxış edərək qoyub.

***

Bundan əvvəl verilən xəbərlrədə deyilirdi ki, dekabrın 24-də Moskvada məhkəmə Alphabet konqlomeratına məxsus Google şirkətini 7.2 milyard rubl (98 milyon dollar) cərimələyib.

Platformanın Rusiyanın qanunsuz hesab etdiyi kontenti pozmadığı bildirilir.

Rusiyada cərimə ilk dəfə olaraq gəlirə görə hesablanıb.

Prezident Vladimir Putin sosial media platformaları və digər texnologiya nəhənglərini ölkənin internet qanunlarına sayğısız yanaşmaqda suçlayır. Xarici şirkətlərdən Rusiyada ofis açaraq rusiyalıların şəxsi datasını bu ölkənin ərazisində saxlamaq tələb olunur.

Bir çox tənqidçilərin fikrincə, Rusiya hakimiyyətinin məqsədi internetə daha sərt nəzarət etmək, narazıları susdurmaqdır.

Sosial media şirkətləri kontent pozuntularına görə bir neçə yüz milyon rubl məbləğində cərimələniblər. Ancaq Meta, Twitter, Google və digər texnologiya nəhənglərinə heç vaxt bir neçə milyard dollarlıq cərimə kəsilməyib.

“Interfax” cərimənin Google-un illik gəlirlərinə əsasən hesablandığını yazır.