Goranboyda hərbi sursat aşkarlanıb

Goranboyun Kələk kənd sakinləri 50-yə yaxın mərmi və döyüş başlıqları tapıb

-

Goranboyda xeyli sayda hərbi sursat aşkarlanıb. Bu haqda APA-ya rayonun Kələk kəndinin sakinləri məlumat veriblər. Sakinlər bildirib ki, kəndin yaxınlığında 50-yə yaxın müxtəliftipli mərmi və döyüş başlıqları aşkarlanıb.

Onların arasında partlamamış sursatlar da var.

Hadisə barədə Goranboy polisinə və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat verilib.