Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
136 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 57 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər də vəfat edib.
Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 337 min 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 min 725-i sağalıb, 4984-ü vəfat edib, aktiv xəstə sayı isə 1389-a yüksəlib.
Qurum qeyd edir ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10463, ötən müddət ərzində isə ümumilikdə 3 milyon 842 min 136 test aparılıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.