Gürcüstan prezidenti Salome Zurabişvili "Georgian Airways" hava yolları şirkətini baykot edəndən sonra şirkət direktoru da dövlət başçısına qarşı oxşar addım atıb.
AzadlıqRadiosunun gürcü xidməti yazır ki, Gürcüstan prezidenti Rusiyaya birbaşa uçuşlar həyata keçirməsi səbəbindən Gürcüstanın “Georgian Airways” aviaşirkətini boykot etdiyini elan edib.
Buna da bax: Gürcüstan aviaşirkətinə Rusiyaya uçuşlar üçün icazə verildiPrezident həmçinin hər kəsi bu şirkəti boykot etməyə və digər ölkələrə səyahət etmək üçün həmin şirkətin təyyarələrindən istifadə etməməyə çağırıb.
Rusiyaya birbaşa uçuşlar həyata keçirən "Georgian Airways" şirkətinin direktoru Tamaz Qayaşvili bu etiraza cavabsız qalmayıb.
"Xanım Salome milli aviaşirkəti boykot etdi, biz onu persona non-qrata elan edirik və o, gürcü xalqından üzr istəməyənə qədər onu təyyarəyə buraxmayacağıq”, - Qayaşvili bildirib.
Gürcüstanın Mülki Aviasiya Agentliyinin bu günlərdə yaydığı məlumata görə, mayın 20-dən Gürcüstanın əsas aviaşirkəti olan "Georgian Airways" şirkətinə Rusiyaya uçuşlar üçün icazə verilib.
Məlumatda bildirilir ki, Tbilisidən Moskvaya həftədə 7 reys nəzərdə tutulub.
Bundan bir gün əvvəl isə Gürcüstan hökuməti Rusiyanın "Azimut" aviasiya şirkətinə Gürcüstana müntəzəm uçuşlar etmək icazəsi verib.
Rusiya prezidenti Vladimir Putin mayın 10-da Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşları üzərindən qadağanı qaldırıb və mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.
Gürcüstanla Rusiya arasında ilk dəfə təyyarə reysləri 2008-ci ildə, həmin ilin avqustunda Rusiyanın Gürcüstana hücumundan sonra dayandırılıb.
Daha sonra isə Moskva 2019-cu ilin iyununda Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilova hücumu və Gürcüstandan qovulmasını əsas gətirərək iki ölkə arasında təyyarə reyslərinin dayandırmaq qərarına gəlib. Rusiya prezidenti bununla bağlı fərman da imzalayıb.
Buna da bax: ABŞ Gürcüstana sanksiya xəbərdarlığı edirBeləki həmin deputatın Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliyini tanımasına haqq qazandırması və üstəlik Gürcüstan parlamentində spikerin yerində oturub çıxış etməsi ölkədə etirazlara səbəb olub.
Aksiya iştirakçıları deputatın qatıldığı tədbiri yarıda kəsiblər. Bundan sonra rusiyalı deputat mühafizə altında aeroporta çatdırılıb və Rusiyaya uçub.