Bu ilin yanvar və fevral aylarında Rusiya ilə Gürcüstan arasında mal dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz, başqa sözlərlə 410 milyon dollar azalıb.
Gürcüstan hökumətinin məlumatında deyilir ki, bu il Rusiyadan ölkəyə idxalda ötən ilin analoji dövrü ilə müqayisədə 7.5 faiz (410 milyon dollar) azalma qeydə alınıb.
Məlumatda deyilir ki, Gürcüstandan Rusiyaya ixrac da 25 faiz və pul dəyəri ilə 97 milyon dollar azalıb.
Buna da bax: Azadlıq meydanında mitinq. Qarabağlıların tələbi qayıdışdır...Tbilisi sərt tənqid olunur
AzadlıqRadiosunun Gürcü xidməti yazır ki, mal dövriyyəsinin azalması Gürcüstan hakimiyyətinin Rusiyaya qarşı sanksiyaları pozmaqda ittiham olunmasının fonunda baş verir.
Xəbər verilir ki, bir sıra Gürcüstan QHT-ləri hökuməti Rusiyaya qarşı sanksiyaları pozmaqda ittiham edilər.
Onlar deyirlər ki, bir çox ikili təyinatlı və başqa sanksiyalı mallar, o cümlədən mikroçiplər Rusiyaya məhz Gürcüstandan ötürülür.
Rusiya bu mallardan özünün Ukraynaya qarşı müharibəsində fəal istifadə edir. Məhz bu səbəbdən Kiyev də müntəzəm olaraq Tbilisini Rusiyaya köməkdə ittiham edir.
Buna da bax: ABŞ prezidentinin müşaviri Kiyevə niyə gəlmişdiGürcüstan dövlətçiliyinə qarşı?
Bundan əvvəl Gürcüstan Milli Bankının keçmiş prezidenti Roman Qotsiridze AzadlıqRadiosuna demişdi ki, qadağan olunmuş malların Gürcüstan vasitəsilə Rusiyaya ötürülməsində üçüncü ölkələr də daxil mürəkkəb mexanizmlərdən istifadə olunur.
Eyni zamanda Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze deyib ki, Tbilisini Rusiyaya sanksiyalı malların ötürülməsinə görə tənqid edən QHT-lər, əslində Gürcüstan dövlətçilyinə qarşı çıxırlar.
Kobaxidze bundan əvvəl bəyan etmişdi ki, onun ölkəsi öz iqtisadi maraqlarına görə Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmayacaq.
Bununla yanaşı Tbilisi iddia edir ki, Rusiyanın qadağan olunmuş mallarla təchizatı ilə məşğul olmur.
Gürcüstan müxalifəti Gürcüstan hökumətini rusiyayönlü olmaqda ittiham edir.