Tbilisidə parlamentin mühafizəsinə daha çox polis cəlb edilib. Bunun ölkə müxalifətinin üç günlük müzakirələrdən sonra, noyabrın 17-də parlamentin qarşısında birgə mitinq təyin etməsi ilə bağlı olduğu bildirilir.
Seçki qanunvericiliyi ilə bağlı Konstitusiya islahatlarının uğursuzluğu səbəbindən müxalifət və vətandaş fəalları noyabrın 14-dən parlamentin qarşısında müddətsiz etirazlara başlayıblar. 20-dən çox partiya birgə danışıqlar apararaq hakimiyyət qarşısında bir sıra tələblər qoyub. Bu tələblər əsasən vaxtından əvvəl proporsional sistemlə parlament seçkilərinin keçirilməsi, Mərkəzi seçki komissiyasının yenidən formalaşdırılması ilə bağlıdır. Aksiyanın bir şüarı da " "Gürcü Arzusu" partiyasının lideri "Bidzina İvanişvili getsin"dir
Hazırda parlamentin həyətinə girişin bağlı olduğu, jurnalistlərin və mülki şəxslərin içəri buraxılmadığı bildirilir. Qanunvericilik binasının həyətində içərisində çoxlu sayda avadanlıq olan bir neçə polis avtobusu var.
Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti İctimai yayımda deyib ki, "hüquq-mühafizə orqanlarının əməkdaşları qanunların aliliyi və hər bir vətəndaşın təhlükəsizliyini qorumaq üçün səfərbər edilib". Məlumatlarda insanların regionlardan paytaxta istiqamətləndiyi vurğulanır. Təşkilatçıların dediyinə görə, təkcə Zuqdididən Tbilisiyə 600 nəfər gəlməkdədir.
«Biz dinc etiraz aksiyasına gedirik ki, öz mövqeyimizi bildirək və proporsional seçki sistemini gənclərimizə qaytaraq" deyə Vahid Milli Hərakat partiyasının Poti bölümünün üzvü David Khomeriki bildirib.
"Vətənə xidmət" hərəkatı-nın fəalları da etirazları son ayların ən vacib aksiyası adlandırıblar.
2020-ci ildə parlament seçkilərinin sıfır seçki maneəsi ilə proporsional sistem altında keçirilməsi haqqında konstitusiya qanun layihəsi noyabrın 14-də parlamentindən keçməyib. Təşəbbüsün baxılmasını davam etdirmək üçün 150 deputatdan 113-nün səsi lazım idi. Amma bu dəyişiklikləri yalnız 101 deputat dəstəkləyib. Səsvermədə bitərəf qalanların əksəriyyəti hakim "Gürcü Arzusu" partiyasının mojaritar deputatları olub. Partiyanın lideri Bidzina İvanişvili müxalifətin tələblərinə və çoxsaylı etirazlara cavab olaraq 2020-ci ildə keçiriləcək böyük parlament seçkilərindən imtina edəcəyini deyib.
Amma İyunun 24-də keçirdiyi brifinqdə "Gürcü Arzusu" partiyasının lideri Bidzina İvanişvili deyib ki, 2020-ci ildən Gürcüstan partiyalar üçün sıfır seçki həddi nəzərdə tutan proporsional seçki sisteminə keçəcək. Ekspertlərin fikrincə, bu böyük seçki təsisat subyektlərinin zəif partiyalara nisbətən üstünlüyünü aradan qaldıraradı.