1064 yeni yoluxma qeydə alınıb, 32 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1064 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 4127 nəfər sağalıb.

Bu məlumatı bu gün, dekabrın 31-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 32 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 218700 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 184422 nəfər sağalıb, 2641 nəfər vəfat edib, aktiv xəstə sayı 31637 nəfərdir".

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10219, ötən müddət ərzində isə ümumilikdə 2195466 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Üstəlik, xəstəxanaya nisbətən evdə daha çox belə xəstənin olduğu bildirilir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.