Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 62 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 9-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan iki nəfər də vəfat edib.
Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 336 min 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 min 668-i sağalıb, 4 min 982-i vəfat edib, aktiv xəstə sayı isə 1 min 312-yə yüksəlib.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.