Gürcüstanda koronavirusdan 20 nəfər ölüb

Tbilisidə vaksinasiya

Gürcüstanda son 24 saat ərzində koronavirus infeksiyasından 20 nəfər dünyasını dəyişib. Beləliklə, ölkədə pandemiya qurbanlarının sayı 5415-ə çatıb.

Son bir sutkada 1043 yeni yoluxmanın aşkarlandığı bildirilir. 841 pasiyent isə sağalıb.

Gürcüstanda indiyədək 374 minə yaxın yoluxma qeydə alınıb. Onlardan 357 mindən çoxu sağalıb.

Son bir sutkada 5702 nəfərə vaksin vurulub. İndiyədək ölkədə 283 min 631 vaksinin işləndiyi xəbər verilir.