Gəncəyə yeni başçı təyin edildi

Niyazi Bayramov

Elmar Rasim oğlu Vəliyev Gəncə Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilib.

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı, bu gün, avqustun 28-də sərəncam verib.

Prezidentin başqa bir sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

N.Bayramov bundan öncə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevə isə ötən ay silahlı basqın olmuşdu. Həmin basqında yaralanan E.Vəliyevin xaricdə müalicə aldığı bildirilir.

Xatırlatma

İyulun 3-ə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevə və polis serjantına silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər.

Bu hadisələr ilə bağlı 60-dan çox şəxsin həbs olunduğu bildirilir. Hüquq-mühafizə orqanlarının iddiasına görə, daha 5 silahlı şəxs isə öldürülüb.