Milli Məclisin tərkibi onsuz da düz bir il sonra, gələn ilin noyabrında, seçki ilə dəyiçəcəkdi. Bəs hakim partiyanı tələsdirən nədir?
Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, hakimiyyətin bu addımı atmasının bir neçə səbəbi var. Bunlardan biri qruplaşmalardan çəkinməsindir, iqtidar, həm müxalifətin, həm də iqtidarın daxilindəki bəzi qüvvələrin qruplaşıb ona qarşı çevriləcəyindən narahatdır:
“Bu tələskənlik qabaqlayıcı addımdır: müxalifətin qruplaşmasına imkan verməmək məqsədi daşıyır, qabaqlayıcı addım ataraq müxalifətin planlarını pozur, həm də iqtidardan uzaqlaşdırılan nazir oliqarxların, iqtidar daxilindəki narazı qruplaşmanın səfərbər olmaq imkanlarını daraldır”.
Rauf Mirqədirov deyir ki, hakimiyyət müxalifətlə alver imkanlarını genişləndirir və hansı müxalifəti parlamentə buraxmaq imkanını əlində saxlayır.
AzadlıqRadiosu son hadisələrlə bağlı Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:
Sizin brauzer HTML5-i dəstəkləmir
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich deyir ki, real islahat hələ ki, görünmür, kadr dəyişikliyi islahat ola bilməz. Onun sözlərinə görə, bu proses 2014-cü ildə baş verənlərin davamıdır.
“O vaxt Ramiz Mehdiyev məqalə yazdı və Qərb standartları ilə demokratiyanın doğru olmadığını bildirdi. Bu fikirlərin davamı olaraq indiki vəziyyətlə üz-üzəyik. Yeni Azərbaycan Partiyasından başqa hansısa partiyalar bu seçkidə iştirak edə biləcəklərmi, bunu bilmirik. Öz çıxışında İlham Əliyev ənənəvi siyasi partiyalara hücum etdi. Keçən həftə keçmiş səhiyyə naziri yeni siyasi partiya yaratdı. İndi mühüm məqamlardan biri də budur ki, seçkidə kim iştirak edə biləcək”.
Buna da bax: YAP-çı deputatların müraciətinə dekabrın 2-də baxılacaq
1993-96-cı illərdə Milli Məclisin sədri olmuş, hazırda ABŞ da yaşayan Rəsul Quliyev hesab edir ki, demokratik seçki keçirilərsə, hakimiyyət onsuz da azı 55 faiz səs toplaya bilər. Onun fikrincə, müxalifət onsuz da hakimiyyəti üstələyəcək qədər nüfuzlu deyil:
“Məsələ burasındadır ki, saxtalaşdırmaq sindromu hökumətin canından çıxmır. Qorxur bunlar. Amma qorxmağa əsas yoxdur. Çünki 1996-cı ildən bura qədər bu xalqın mentaliteti o qədər deformasiya olunub ki, birdən birə bu hökumətin əleyhinə səs verməyəcək, gedib özünü müxalifət adlandıranlara səs verməyəcək. Yaxın beş ildə bu hökumət qorxmayıb azad seçkiyə gedə bilər”.
Konstitusiyaya görə, Milli Məclisə seçkilər beş ildən bir noyabrın 1-ci bazar günü keçirilir. Bu təqvimlə növbəti seçki gələn il noyabrında keçirilməlidir. Parlament buraxılsa, yeni seçki iki ay ərzində keçirilməlidir.