Hücuma məruz qalan fəal xəstəxanada keçinib

Kateryna Handzyuk

Hücuma məruz qalan ukraynalı fəal Yekatrina Handzyuk (Kateryna Handzyuk) Kiyev xəstəxanasında keçinib.

İyulun 31-də onun üstünə kükürd turşusu atmışdılar.

Kiyev polisi noyabrın 4-də onun ölüm xəbərini təsdiqləyib.

33 yaşlı Handzyuk Herson merinin köməkçisi idi.

Hücum nəticəsində bədəninin səthinin 40 faizindən çoxu yanmışdı.

İndiyədək 11 əməliyyat keçirmişdi.

Hücumda şübhəli bilinən 5 nəfər saxlanıb.

Məlumata görə onların hamısı Ukraynanın şərqində döyüşdə olublar.

Amma hücumun təşkilatçıları hələ də müəyyən edilməyib.

Handzyuk xəstəxanada olarkən Ukrayna hakimiyyətinə videomüraciət göndərib.

Müraciətdə, son ildə ölkədə təxminən 40 vətəndaş cəmiyyəti fəalına hücum edildiyi, amma onların sifarişçilərinin hələ də müəyyən edilmədiyi bildirilir.

Prezident Petro Poroshenko Yekatrina Handzyukun ölüm xəbərini şər edərkən deyib ki, hüquq-mqhavizə orqanları qatilləri tapmaq üçün bütün mümkün imkanlara əl atmalıdırlar.

“Transparency International” təşkilatı oktyabrın 29-da Ukrayna hakimiyyətini fəallara hücumların arxasında duranları məsuliyyətə cəlb etməyə çağırıb.