İyunun 27-də səhər Bakı və Abşeron yarımadasının bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyinin əsəcəyi, gecə və səhər arabir güclənəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir.
Lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti təxmin edilir