Avropa Şurası Parlament Asambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennax-ın iyulun 3-də Bakıya gələcəyi gözlənir. Səfərin iyulun 7-də başa çatacağı bildirilir.
“Turan” agentliyi-nin xəbərinə görə, deputat bildirib ki, Azərbaycana Gürcüstandan gələcək, orada yerli seçki administrasiyalarının fəaliyyətinə həsr olunmuş seminarda iştirak edəcək.
S.Şennax Bakıda Azərbaycanın rəsmi şəxsləri, siyasi partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlərinin gözləndiyini söyləyib.
Verilən məlumata görə, S.Şennax həbsdə olan jurnalist Əfqan Muxtarlının işi ilə xüsusi maraqlanmaq niyyətindədir. Əfqan Muxtarlı qaçaqmalçılıq və bir sıra başqa ittihamlarla 6 il həbs cəzası alıb.Amma ittihamları qəbul etmir.Onun həbsindən iki il keçir.
“Digər həmməruzəçi, britaniyalı deputat Rocer Qeyl məşğul olduğu üçün gələ bilməyəcək, Şennax bildirib”, agentliyin xəbərində qeyd olunur.
Xatırlatma
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür.
Bu quruma üzv olarkən Azərbaycan insan hüquqları, demokratik seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və bir sıra başqa məsələlərlə bağlı üzərinə öhdəlik götürüb.Azərbaycana, hələ da qurumun monitorinqi davam edir.