Dünya azərbaycanlılarının həmrəylik günüdür

Sizin brauzer HTML5-i dəstəkləmir

Həmrəylik günü belə yarandı

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Artıq 30 ildir ki, bu bayram Azərbaycanda rəsmən qeyd edilir.

Bu bayramın əsası 1989-cu il dekabrın sonlarında Sovet Azərbaycanı ilə İran sərhədinin sökülməsi zamanı qoyulub.

"Berlin divarı"nın sökülməsindən sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı. Həmin vaxt həm Azərbaycan Sovet Sosialist Respublikasında (SSR), həm də İranda yaşayan eyni xalqa mənsub insanlar tikanlı sərhəd məftillərinin sökülməsi ilə bir-birlərinə sevgilərini bildiriblər. Sərhəd məftilləri, əsasən, Azərbaycan SSR-in Cəlilabad, Naxçıvan Muxtar Respublikası və başqa sərhəd bölgələrində sökülüb.

Buna da bax: 'Həmrəyliyin legitim əsasları süni şəkildə dağıdılıb'

Elə həmin vaxt İstanbulda, Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin həmrəylik günü kimi qeyd olunmasına dair qərar verilib.

İki ildən sonra, 1991-ci il dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edilib. 1992-ci ildə prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə bu qərar rəsmiləşdirilib.