Ermənistan prezidenti Serzh Sarkisian iyunun 10-da ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.
Həmsədrlər Richard Hoagland (ABŞ), Igor Popov (Rusiya), Stephane Visconti (Fransa) və həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsiAnjey Kasperchikin iştirak etdikləri görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli prosesi müzakirə olunub.
Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, tərəflər Dağlıq Qarabağda qoşunların təmas xəttində, habelə Azərbaycan-Ermənistan sərhədindəki son durumu müzəkirə ediblər.
Görüş iştirakçıları tərəflərin, danışıqlar prosesinin davam etdirilməsi ilə bağlı öhtəliklərə əməl etməsinin vacibliyini qeyd ediblər.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə ATƏT-in Minsk qrupu vasitəçilik edir.
Buna da bax: Qarabağda müharibə olacaqmı?
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.
Buna da bax: XİN: 'Bu, Ermənistanın növbəti təxribatıdır'