Hərbi qulluqçu həlak olub

Arxiv voto

Sentyabrın 20-də Azərbaycanın bir hərbi qulluqçusu həlak olub.
Bu barədə sentyabrın 21-də Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq bir hərbi qulluqçusu, əsgər həlak olub.

“Hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”,açıqlamada yazılıb.

Həlak olan hərbi qulluqçunun yaxınlarından, hələlik, baş verənlərə münasibət almaq mümkün olmayıb.