‘Sovet İttifaqı qəhrəmanı’ Daşkəndin mərkəzinə qayıdır

Sobir Rahimovun abidəsi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev deyib ki, Sovet İttifaqı qəhrəmanı Sobir Rahimovun heykəli paytaxt Daşkəndin mərkəzindəki köhnə yerinə qaytarılır.

Mayın 2-də Namanqan vilayətinə səfəri zamanı prezident deyib ki, özbək qəhrəmanın öz yerinə qaytarılması “tarixi ədalətin bərpası” olacaq.

Rahimov İkinci Dünya Müharibəsinin son dövrlərində sovet atıcı diviziyasının komandiri olub.

Ləqəbi “Dəmir General” olan Rahimov 1945-ci ilin martında Avropada gedən döyüşlərdə həlak olub. Ona ölümündən sonra Sovet İttifaqı qəhrəmanı adını 1965-ci ildə, ölümündən sonra veriblər. Onun abidəsi Daşkəndin mərkəzində 1981-ci ildə qoyulmuşdu.

2010-cu ildə heykəlin yeri dəyişdirilərək ucqar parklardan birinə köçürülüb, onun adını daşıyan rayon və küçənin adları isə dəyişdirilib.

Dəşkənddə Şomahmudovlar ailəsinə abidə

Mirziyoyev ötən ay başqa bir sövet dövrü abidəsinin Daşkəndin mərkəzinə qaytarılması barədə fərman vermişdi.

Bu, İkinci Dünya Müharbəsi illərdində müxtəlif millətlərdən olan 15 yetimə baxmış özbək ailəsi Şomaxmudovlara qoyulmuş abidə idi.