Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edilib.
Bununla bağlı yanvarın 11-də prezident İlham Əliyev Sərəncam imzalayıb.
Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsinə təyin edilib.
Müdafiə Nazirliyindən də bu məlumatı artıq “Turan”a təsdiqləyiblər.
H.Mirzəyev İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.
Buna qədər Azərbaycanda Quru Qoşunlarının komandanı vəzifəsini general-leytenant Ənvər Əfəndiyev tuturdu.
Yerli mediada Müdafiə Nazirliyinin rəhbərliyində başqa təyinatların da olduğu ilə bağlı məlumatlar yayılıb.
Amma Müdafiə Nazirliyindən, hələlik, həmin məlumatları təsdiqləməyiblər.