İranda baş verən zəlzələdə azı 25 nəfər xəsarət alıb

İranın Kermanshah əyaləti

İyulun 22-də Iranın cənubundakı Hormozgan əyalətində 5,9 bal gücündə zəlzələ olub.

Azı 25 nəfərin yaralandığı xəbər verilir.

Bundan əvvəl yeraltı təkanların 5,7 və 5,4 bal gücündə olduğu bildirilirdi.

Bu barədə AzadlıqRadiosu İRNA və Assosiated Press agentliklərinə istinadla xəbər verir.

Bu şəhərin 10 minədək sakini var.Bu ərazidə 12 kənd yerləşir.

Qeyd edək ki, İran seysmik cəhətdən həssas zonada yerləşdiyindən bu ölkədə tez-tez yeraltı təkanlar baş verir.

Ötən ilin noyabrında İraq sərhədi yaxınlığında yerləşən Kirmanşah əyalətində baş verən 7,3 ballıq zəlzələdə 600-dən çox adam öldü, minlərlə adamsa yaralandı.