Hüseyn Məlik 20 sutka inzibati həbs cəzasına məhkum edilib.
Bu barədə "Turan"a Azərbaycan Demokratiya və Rifah Partiyasından məlumat verilib. Onun nədə ittiham edildiyi bilinmir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.
+++
Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvü Hüseyn Məlikin iyulun 14-də saxlanıldığı bildirilir.
Partiya sədri Qubad İbadoğlunun sözlərinə görə, H.Məlik səhər saatlarında saxlanılıb.
Onun dünən, iyulun 13-də AXCP-nin həbsdə olan üzvü Zamin Salayevin Bakı Apellyasiya Məhkəməsindəki prosesindən sonra jurnalistlərə verdiyi açıqlamaya görə saxlanıldığı ehtimal edilir. Həmin açıqlamada fəal hakimiyyəti tənqid edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.
Bakı Apellyasiya Məhkəməsi Salayev barəsində 4 illik həbs hökmünün qüvvədə qalmasına qərar verib. O, xuliqanlıq maddəsi ilə ittiham olunsa da, özü bu ittihamları qəbul etməyib və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirib.