İki hərbi qulluqçu həlak olub

Əsgər ölümü, arxiv foto

İyulun 6-da hərbi hissələrdən birində iki hərbi qulluqçunun həlak olduğu bildirilir. Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, tank mərmisi atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış baş verib. Nazirlik bunu bədbəxt hadisə adlandırır.

Həlak olanlar gizir Amiddin Ağalarov və kiçik çavuş Samir Salahovdur.