Prezident İlham Əliyev dekabrın 22-də Azərbaycanın 2019-cu il dövlət büdcəsi-ni təsdiqləyib.
2019-cu il dövlət büdcəsinin gəlirləri 23 168 000,0 min manat, xərcləri 25 190 000,0 min manat təsdiq edilib.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 mlrd. 316 mln. manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşür. Habelə, 11 mlrd. 364,3 mln. manat Neft Fondundan transfert edilməlidir. Bundan başqa, 3 mlrd. 702,6 mln. manat Dövlət Gömrük Komitəsinin xətti ilə, 785.6 mln. manatı isə başqa gəlirlərlə formalaşdırılmalıdır.
Gələn il dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub. Hazırda dünya bazarında neftin bir bareli 60 dollardan bir qədər ucuzdur.
Xatırlatma
2018-ci ilin dövlət büdcəsinin proqnoz gəlirləri 22.11 mlrd, xərcləri isə 23.061 mlrd. manatdır. Bu il neftin bir bareli 45 dollar götürülmüşdü.