Prezident İsmayıllıda

İ.Əliyev İsmayıllıda. 2013

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 1-də İsmayıllı rayonunda səfərdə olublar.

AZƏRTAC-ın xəbərinə görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlət başçısına məlumat verib.

Onlar İsmayıllıya səfər çərçivəsində Lahıc qəsəbəsində də olublar. Prezident İlham Əliyev və xanımı Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olublar.

Bu səfər çərçivəsində İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışı olub.

Daha sonra onlar İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binasının istifadəyə verilməsi mərasimdə də iştirak ediblər.

İsmayıllı şəhəri Bakıdan təqribən 167 kilometr aralıda yerləşir.