İlham Əliyev İtaliyaya gedib

İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev bu gün, avqustun 31-də İtaliya paytaxtı Romaya işgüzar səfər edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, səfər İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə gerçəkləşib.

Səfər çərçivəsində onun S.Mattarella və Baş nazir Mario Draqi ilə geniş tərkibdə görüşləri gözlənilir.

İtaliyaya işgüzar səfəri çərçivəsində İ.Əliyevin "The European House – Ambrosetti" beyin mərkəzinin İtaliyanın Çernobbio şəhərində hər il keçirilən beynəlxalq forumunda da qonaq kimi iştirakı nəzərdə tutulur.

Bu, Prezident İ.Əliyevin İtaliyaya sayca 7-ci səfəridir.