Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edib.
Onun Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak edəcəyi bildirilir. Dekabrın 26-da (27-də) Sankt-Peterburqda MDB liderlərinin qeyri-formal sammiti keçirilməlidir.
Müstəqil Dövlətlər Birliyi (MDB) 1991-ci ildə SSRİ-nin süqutu ilə yaradılıb. Qurumda keçmiş SSRİ-nin bir çox respublikaları təmsil edilir.