Prezident yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib

Bakı Avropa Oyunlarının məşəlinin yandırılması mərasimi. 2015

Bu gün, dekabrın 16-da Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat- seçki Baş Məclisi keçirilib.

MOK-un məlumatına görə, əvvəlcə qurumun İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının hesabatı dinlənilib.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilib.

Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftahətdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcraiyyə Komitəsinin üzvü seçiliblər.

MOK 1992-ci ildə yaradılıb. İlham Əliyev bu quruma 1997-ci ildən rəhbərlik edir. Ondan əvvəl MOK-in prezidenti yunan-roma güləşi üzrə 48 kq çəki dərəcəsində üçqat dünya çempionu, SSRİ və Avropa çempionu Məhyəddin Allahverdiyev olub.