İlham İsmayıl: ‘Hər il ‘Qarabağ ili’ olmalıdır’

Ilham Ismayıl, 1 oktyabr 2009

Prezident İlham Əliyev dekabrın 30-da imzaladığı sərəncamla 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan edib.

Sərəncama əsasən, 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi gənclərin fərdi inkişafına təkan vermək, sosial məsuliyyət hissini artırmaq, onların potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır.

Sərəncamda vurğulanıb ki, ölkə könüllüləri öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs veriblər. «Ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, «Formula 1» yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar», - sənəddə yazılıb.

Buna da bax: Ş.Ağayar: 'Qüdrətli dövlət olmaq istəyiriksə, kitabımız qüdrətli olmalıdır'

“Nə qədər torpaqlar işğaldadır,...”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Azadlıq Radiosuna deyib ki, Azərbaycanda hər il əslində “Qarabağ ili” olmalıdır:

“Nə qədər torpaqlar işğaldadır, bütün illərimiz daimi “Qarabağ ili” olmalıdır. Tariximiz, mədəniyyətimiz, ya hanısa gündəlik həyatlmızla bağlı illərə gəlincə isə bütün bunlar hamısı “Qarabağ ili”nin fonunda olmalıdır”.

İ.İsmayıl idman yarışları, musiqi tədbirlərində könüllülərdən istifadə edilməsinə də toxunub. O deyib ki, bunun üçün il elan etməyə dəyməz:

“Ona görə dəyməz ki, bu bizim adi məişət hadisəsini tərkib hissəsidir. Milləti və millətin gənclərini buna fokslaşdırmaq olmaz...”

Aydın Mirzəzadə, 3 fevral 2009

Hakim Yeni Azərbaycan Partiyası (YAP) təmsilçisi V çağırış Azərbaycan Milli Məclisinin üzvü Aydın Mirzəzadə isə “ Turan” agentliyinə deyib ki, Azərbaycanda hər ilin hansısa tanınmış şəxsə, hadisəsyə həsr olunması artıq, ənənə halını alıb.

A.Mirzəzadəyə görə, könüllülük hərəkatı Azərbaycan üçün yeni bir anlamdır. Onun fikrincə, bu cəmiyyətdə özünə böyük dəstək qazana bilib:

“Könüllülük heç bir ödəniş edilmədən hər hansı bir fəaliyyətin həyata keçirilməsidir. Könüllülüyn əsasən, gənclər arasında geniş yayldığını görürük. Amma şübhə yoxdur ki, zaman keçdikcə bu digər təbəqələri də əhatə edəcəkdir”.

“ Könüllülüyü “ASAN-xidmət”də görürük”

Aydın Mirzazadə vurğulayıb ki, bu hərəkat böyük yarşların yüksək səviyyədə keçirilməsi üçün 10 minlərlə gəncin verdiyi töhvədə özünü göstərir:

“Könüllülüyü Azərbaycanın müasir brendi “ASAN-xidmət”də görürük, artıq aqrar sahə üzrə də geniş vüsət alır. Bu gənclərin idarəetmə təcrübəsi, özünü təsdiqi üçün çox gözəl bir formatdır”.

A.Mirzəzadəyə görə, 2020-ci ilin “Könüllülər ili” elan olunması, bu hərəkatın Azərbaycanda geniş yayılmasına, gənclərin həyat və ixtisasları üzrə təcrübə toplamasına səbəb olacaq:

“Bu böyük maraqla qarşılnıb, sosial şəbəkədə geniş müzakirələr var. Prezident cəmiyyətin istəyini, cəmiyyətdə maraq doğuran məsələni uğurlu səkildə tapa bilib”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Mehman Hüseynov xəstəxanada olub, həkimlər xəsarətlərin yüngül olmadığını deyiblər

Xatırlatma

Azərbaycanda son illər hər ilin bir sahəyə, şəxs və ideyaya həsr edilməsi artıq ənənə halını alıb. Prezident İ.Əliyev 2019-cu ili Azərbaycanda «Nəsimi ili» (İmadəddin Nəsimi) elan etmişdi. 2018-ci ilin isə Azərbaycanda «Xalq Cümhuriyyəti ili» olduğu açıqlanmışdı. 2017 «İslam Həmrəyliyi ili», ondan bir əvvəl isə «Multikulturalizm ili» adlandırılmışdı.

Dağlıq Qarabağ münaqişəsi müasir mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in (ATƏM) Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir