Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Həmin şəxslər iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndində minaya düşərək həlak olan jurnalistlər Sirac Abışov, Məhərrəm İbrahimov və məmur Arif Əliyevdir.